Bakıda 3500-dən çox yol hərəkəti nişanı çatışmır.

Axar.az xəbər verir ki, bu sözləri yol-hərəkəti eksperti Azər Allahverənov deyib.

Onun sözlərinə görə, yol hərəkət nişanlarının artırılması paytaxtda yol qəzalarının azalmasına təsir edə bilər.

Bakı Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, fərqli yol hərəkəti nişanları quraşdırılması nəzərdə tutulub.

BDYP rəsmisi deyib ki, şəhərdə elektron yol xəritəsi hazırlanır və 2020-ci ilin sonuna qədər hazır olacaq.