Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində Türkiyəyə məxsus helikopterin vurulduğunu bildirib.

Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, prezident AKP-nin iclasında: “Silahlı Qüvvələrimiz cəsarətləri, qanları, canları ilə bu mübarizəyə davam edirlər. Az öncə helikopterimiz vuruldu. Savaşın içindəyiksə, itkilərimiz də olacaq”.

Daha sonra Ərdoğan: “Bizim bir helikopterimiz vuruldu, amma terrorçular bunun əvəzini artıqlaması ilə ödəyəcəklər. Çünki biz qərarlıyıq və inanırıq. Bunu da bacaracağıq”, deyib.

Qeyd edək ki, yanvarın 20-də Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində PKK-nın Suriya qolu olan PYD/YPG terrorçularına qarşı əməliyyata başlayıb. Ümumilikdə, 1141 terrorçu məhv edilib.