Suriyanın İdlib şəhərində 16 İŞİD-çi həbsxanadan qaçıb. Onlardan 4-ü yaxalansa da, 12-si barədə məlumat yoxdur.
Minval.info qaynarinfo-ya istinadən xəbər verir ki, “Felyak El Sam” qrupuna aid həbsxanadan qaçan terrorçuların Türkiyəyə keçməsi ehtmal edilir.
Bu səbəbdən Türkiyə polisi və Milli İstiparat Təşkilatı (MİT) təhlükəsizik tədbirlərini gücləndirilməsini istəyib. Xüsusən ölkənin cənub bölgəsindəki təhlükəsizlik qüvvələrinə xüsusi tapşırıqlar verilib.