Son dövrlər dünyanın hər yerindən gələn heyvanlara qarşı xüsusi amansızlıq xəbərləri heyvansevərləri qəzəblədirir. Ancaq dünyada gözəl şeylər də baş verir.

Minval.info xəbər verir ki, Türkiyənin İstanbul şəhərində bələdiyyə işçisi Murad Bəy təkcə küçələrin təmizliyini deyil, həmçinin küçə heyvanlarının baxımı da üzərinə götürüb. Murad Bəy küçə itlərinin qarnını doyurur, öz süpürgəsi ilə onlara masaj edir. Artıq itlər onun yolunu gözləyir.

M.Bəy deyir ki, hər gün 3-də növbəni təhvil alır, bir neçə dəqiqə geciksə, artıq itlər sağa-sola qaçıb, onu səsləyir: “Bütün iş saatlarım boyunca mənimlə gəzirlər, gecə növbəni verib, evimə gedəndə isə “öz yerinə get” deyirəm itlərə, hamısı sakitcə öz yerlərinə yollanır. Bir də sabah mən gələnə qədər sakit qalırlar. Yay günlərində küçə itlərinə su vermək çox vacibdir”.

Minval.info