Türkiyə superliqasının ilk həftəsinin oyunları çərçivəsində “Beşiktaş” və “Akhisar” komandaları İstanbulda üz-üzə gəlib.

Minval.İnfo xəbər verir ki, görüşə Qara qartallar sürətli başlayıb. 39-cu dəqiqədə Pepe qol vuraraq komandasını hesabda önə çıxarıb.

Hissənin sonuna doğru istanbul təmsilçiləri rəqibə təzyiqi artırıb və 42-ci dəqiqədə Babelin qolu ilə fərqi 2 topa çatdırıb. Bundan sonra qonaqlar hesabı dəyişmək üçün hücumların sayını artırıb.

Oyunun 56-cı dəqiqəsində “Akhisarspor”un heyətində Selezniov qol vuraraq komandasını ümidləndirib.

Lakin qonaqların bundan artığına gücü çatmayıb və oyun “Beşiktaş”ın 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Tamerlan