Sumqayıtda ər içki üstündə arvadını döyüb.

Minval.info-un Report-a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Novruz qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü İsmayılova Hürü Nazim qızı yaşadığı Sumqayıt şəhəri Novruz qəsəbəsi ev 11 mənzil 1 də əri tərəfindən döyülüb. Qadın aldığı ağır xəsarərlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə , ər içki üstündə arvadını döyərək xəstəxanalıq edib. Faktla bağlı araşdırma aparılır.

 

Minval.info