Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.