Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Minval.info FHN-ə istinadən xəbər verir ki, “OKA” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Qəza zamanı 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlu həlak olub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Minval.info