Image result for Lisa Brennan

“Apple” şirkətinin qurucusu Stiv Cobsun həyatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Minval.info xəbər verir ki, 55 yaşında xərçəng xəstəliyindən həyatını itirən Cobsun qızı Lisa Brennan atası ilə arasında olan çətin münasibətdən bəhs edən kitab yazıb.

Lisa bildirib ki, onun varlığı atasını məhv edirdi, amma özü üçün bu, belə deyildi: “Mənim üçün isə tam əksiydi. Ona nə qədər yaxın olurdumsa, özümü bir o qədər güvənli hiss edirdim. O, bu dünyanın bir parçasıydı. Məni işığa yaxınlaşmağımı asanlaşdırırdı. Atamın illərlə gizlədiyi sirləri sonradan bildim”.

Brennan atasının uğur qazandıqca şeytanlaşdığını söyləyib:

“Onu ziyarət etməyə getmişdim. Məndən tualet qoxusunun gəldiyini dedi. İstifadə etdiyim gül ətri ucbatından xərçəng olduğunu eyham vurdu. Bir dəfə işi bitdikdən sonra “Porsche”sini alıb-almayacağımı soruşdum. O isə uca səslə “heç bir şey almayacaqsan, anladın məni?” dedi”.

Stiv Cobs qızını 9 yaşında qəbul edib və ondan üzr istəyib. Buna qədər Lisanı 6 dəfə DNT testindən keçirib.

 

Ümid Hüseyn