İngiltərə milli yığmasının bəzi azarkeşləri futbolçu Rahim Sterlinqə etiraz edirlər.

Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, azarkeşlər “Maçester Yunayted”-də forma geyinən Rahim Sterlinqin futbol üzrə Dünya çempionatına İngiltərə milli yığmasının daxilində iştirakını istəmirlər.

Buna səbəb isə Sterlinqin ayağındakı tatudur. Onun ayağında M16 avtomatının dövməsi var. İngiltərədə silahlanmanın əleyhinə olan qruplaşmalar Sterlinqin bununla silah istifadəsini təbliğ etdiyini iddia edir.

Onların sözlərinə görə, bu cür dövmə qəbul edilməzdir və Rahim buna görə utanmalıdır. Həmçinin, təşkilat üzvləri onun bu il Rusiyada keçiriləcək Dünya çempionatında iştirak etməməsini tələb edir.

Futbolçu da öz növbəsində tatusu barədə fikir bildirib. Şəxsi “İnstagram” profilindən yazdığı açıqlamada niyə silah dövməsi etdirdiyini izah edib: “Atam mən iki yaşımda olanda güllələnərək öldürülüb. Buna görə də həyatım boyu heç bir silaha əl vurmamışam. Dövməmin də daha böyük bir mənası var və qeyd edim ki, bu son halı deyil, üzərində hələ iş gedəcək”.

Minval.info