Ağciyər xərçəngindən əziyyət çəkən tanınmış türkiyəli aktyor Mehmet Uslu dünən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhumun nəşi bu gün doğulduğu Akşehirə aparılacaq və sabah torpağa tapşırılacaq.

1961-ci ildə doğulan Mehmet Uslu Türkiyənin “Fatmagülün suçu ne?”, “Söz” kimi bir çox reytinqli seriallarda rol alıb.