Bakının “Sovetski” kimi tanınan qədim məhəlləsindən sakinlərin köçürülmə prosesi artıq yanvar ayından başlayıb və hazırda evlərin sənədləşdirmə işləri davam edir, daha 2 min ailənin köçürülməsi nəzərdə tutulur.

Ərazidə gedən söküntü işləri və yük maşınlarının intensiv hərəkəti sözügedən prosesin sənədləşdirmə işləri ilə paralel getdiyini bir daha sübut edir.

Bildiyimiz kimi qarşıdan Formula yarışları gəlir və ölkəyə kifayət qədər çox turistin gəlməsi də gözlənilir. Belə bir beynəlxalq tədbirin fonunda “Sovetski”də işlərin intensivliyinin artırılması təsadüf deyil.

Əməkdaşımızın “Sovetski”dən hazırladığı fotoreportajı sizə təqdim edirik:

Fərid Özay

Fotolar müəllifindir.

Minval.info