Sosial şəbəkənin milyonçuya çevirdiyi adi adamlar

Günümüzdə sosial şəbəkəsiz həyatı təsəvvür etmək mümkün deyil. Bir çoxları üçün sosial şəbəkə əyləncə, ünsiyyət, tanışlıq, xəbər paylaşımı və s. məqsədlər üçün istifadə edilsə də, sosial şəbəkədən pul qazanıb milyonçu olanlar da var.

“Ölkə.Az” bu gün oxuculara sosial şəbəkə vasitəsilə varlanan insanları təqdim edir.

Siara Ferragni
İtaliyada təhsil alanda bloq yaratmaq fikri ilə “theblondesalad.com” bloqunu yaradıb. Bu gün ən məşhur moda bloqçusudur. Moda, səyahət və həyat tərzi sahəsindəki paylaşımları ilə ildə 8 milyon dollar qazanır.

 


Murad Osmann
Fotoqraf və səyyah kimi məşhurlaşıb. Səyahət etdiyi ölkələrdə arvadının əlindən tutaraq çəkdiyi fotolarla məşhurlaşıb. 5 milyon izləyicisi var.

 

Cek Morris

Cek Morris sevgilisi ilə dünyanı gəzir və bu sahədə sosial şəbəkədə paylaşımlar edir. 2.4 milyon izləyicisi var.

 

Mariand Kastrejon

Meksikalı Mariand 2010-cu ildə açdığı “YouTube” kanalı ilə makiyaj, gözəllik və moda sahəsinə aid paylaşımlar edir. 14 milyon izləyicisi var. Ayda 50 min dollar qazanır.

 

Roman Etvud

Komediya sahəsində özünü “YouTube”da sübut edən Roman 2010-cu ildə açdığı kanalda 7 milyon izləyicisi var. 5 milyard dollara yaxın sərvəti var.

 

Endryu Beçelor

Kanadada anadan olan Endryu vayn çəkməklə məşhurlaşıb. Hər videosundan 50-89 min dollar pul qazanır.

Neş Qrier

Amerikalı Qrier çəkdiyi videolarla sosial şəbəkədə milyonlarla izləyici qazanıb. Çəkdiyi hər videoya görə 100 min dollar alır.

 


Betani Mota

Mota “YouTube” kanalında 2009-cu ildən bu yana makiyaj, moda, saç üslubu və gözəllik sirlərini paylaşır. Ayda 50 min dollar qazanır.

 

Feliks Arvid Ulf Kjellberq

Kjellberq isveçlidir və kompüter oyunlarını analiz edir. Bu sahədə ən şöhrətli insandır. “YouTube”da 40 milyon izləyicisi var. 50 milyon dollar sərvətə sahibdir.

 


Cessika Vaskez
Amerikalı Vaskez vayn videoları ilə məşhurdur. O, hər videosuna görə 20-100 min dollar arası pul qazanır.