21-ci əsrdə sosial platformaların dairəsi xeyli genişlənərək artıq evdə oturaraq məşhurlaşmağa imkan yaradır. Günümüzdə dəb halını alan bu tendensiya  xüsusiylə gənclər arasında çox geniş yayılıb. Kimin nəyə gücü çatır, onun vasitəsiylə məşhurlaşır. Məşhurlaşmaqdan əlavə, sosial media hesablarından əldə etdikləri gəlirlə hətta varlanırlar.

Minval.info indi sizə sosial platformada məşhurlaşan simaları təqdim edir.

“Chiara Ferragni” – “Theblonde Salad”

İtaliyada universitet oxuyarkən bloq qurmaq fikri ilə yola çıxan və “theblondesalad.com” adlı bloqunda etdiyi paylaşımlarla adından söz etdirən Kiara bu gün ən çox tanınan moda blogeridir. Moda, səyahət və yaşam tərzi sahələrində etdiyi paylaşımlarla məşhurlaşan bu xanım bahalı markalarla olan iş birliyi ilə də diqqət çəkir.

Murad Osman – “Followmeto”

Murad Osman ile ilgili görsel sonucu

Fotoqraf və səyahət blogeri olan Murad Osman səyahət etdiyi ölkələrdə həyat yoldaşının əlinində tutaraq çəkdiyi şəkillərlə məşhurlaşdı. Təxminən 5 milyon izləyicisi ilə öz sahəsində ilk ağıla gələn  adlardandır.

“Jack Morris” – “Doyoutravel”

jack morris doyoutravel ile ilgili görsel sonucu

Jek Moris sevgilisi ilə dünyanı gəzir və bu sahədə sosial mediada paylaşımlar edir. 2,4 milyon izləyici ilə ən çox tanın və qazanan məşhurlardandır.

“Mariand Castrejon” – “Yuya”

Ä°lgili resim

Meksikalı Mariand 2010-cu ildə açdığı  “Youtube” kanalı ilə makiaj, gözəllik və dəb sahəsində paylaşımlar edir. 14 milyondan artıq daimi izləyicisi olan bu xanımın aylıq gəliri 50 min dollardır.

“Roman Atwood” – “Roman Atwood”

Roman Atwood” ile ilgili görsel sonucu

Yumor sahəsində özünü açdığı “Youtube” kanalında sübut etməyi  bacaran Romanın bu gün 7 milyondan artıq daimi izləyicisi var. 5 milyona yaxın ümumi sərvəti olduğu deyilən Roman, sosial medianın varlandırdığı simalardandır.

“Nash Grier” – “Nash Grier”

Nash Grier ile ilgili görsel sonucu

Amerikalı Qrier yaradıcı videoları ilə instaqram və tviter kimi platformaların məşhurlaşdırdığı simadır. Qrier hər videoy görə 100 min alır.

“Felix Arvid Ulf Kjellberg” – “PewDiePie”

Felix Arvid Ulf Kjellberg” ile ilgili görsel sonucu

İsveçli Feliks kompüter oyunlarını ən məşhur təhlil edənlərdən hesab olunur.Youtube”-da 40 milyona axın daimi izləyicsi olan Feliksin 50 milyona yaxın sərvəti olduğu bilinir.

Minval.info