Türkiyədə Kapıkule-İstanbul səfərini edən sərnişin qatarı Tekirdağ vilayətinin Çorlu mahalı yaxınlığında relsdən çıxıb. İçi sərnişinlə dolu 5 vaqon aşıb. 

Minval.info xəbər verir ki, Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb. Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib.