Bakının bir neçə ərazisində elektrik enerjisi kəsilib.

Bu barədə minval.info-ya paytaxt sakinləri məlumat verib. Onların sözlərinə görə, hazırda Nizami rayonunda işıqlar sönüb.

Eyni zamanda Günəşli, Zığ, Hövsan qəsəbələrində və “20 Yanvar” ərazisində, Yasamal rayonunun bir hissəsində də elektrik enerjisinin kəsildiyi bildirilir.

Bundan əlavə eyni problemlə əlaqədar Nəriman Nərimanov rayonunda qısa fasilələr yaranıb.

Məsələni diqqətdə saxlayacağıq.

 

Samir / Minval.info