Babək prospektində “Nömrə 1” avtosalonunun arxasında yanğın baş verib.

Yanğın avtosalonun arxasındakı zibil tullantılarının atıldığı məkanda başlayıb. Burada işlənmiş və yararsız təkər tullantıları da olduğundan yanğın tezliklə şiddətlənib, ətrafı qatı tüstü bürüyüb.

Əməkdaşımızın verdiyi məlumata görə, tezliklə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğısöndürənləri gəliblər və yanğını lokallaşdıra biliblər.

Qeyd edək ki, iyun ayı ərzində paytaxtda yanğın hadisələri xeyli intensivləşib.

Musavat.com