Axşam saat 23.00 radələrində Nizami rayon ərazisində baş verən güclü yanğının söndürüldüyü bildirilir.

***

Bakıda güclü yanğın hadisəsi baş verib.

Minval.info-nun məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

“Nargilə” kafesi yaxınlığında, Zığ yolu 5 ünvanında baş verən yanğını söndürmək üçün yanğınsöndürən maşınlar əraziyə cəlb olunub.

Şahidlər bildirir ki, hadisə boş sahədə qeydə alınsa da, yaxınlıqda yaşayış binaları yerləşir.

Yanğının böyük ərazini əhatə etdiyi söylənilir.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir.

 

Samir Mirzə