Bakıda sükülməkdə olan evlərdə yanğın hadisəsi yaşanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda sökülməkdə olan, ümumi sahəsi 300 m² olan 5 yaşayış evinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.