Bakıda gimnastika üzrə Dünya Kuboku turniri davam edir. Təsnifat mərhələsini uğurla keçən idmançımız Azərbaycan gimnastı Murad Ağarzayev çıxışından sonra minval.info-nun əməkdaşına müsahibə verib.

– Murad, olduqca möhtəşəm çıxış etdin. Sözün düzü, azərkeşlər bu uğuru səndən gözləmirdilər.

– Bəli, tam razıyam, 2017-ci ildəki uğurlardan sonra bir az şöhrət məni geri saldı. 2018- ci demək olar ki, bütün ümidləri doğrultmadım. Haradasa maddi cəhətdən vəziyyətin yaxşı olması, da mənfi təsir etdi. Səbəb elə bu idi ki, hamı məndən əlini üzmüşdü. Çox az adam mənim yaxşı çıxış edəcəyimi ümid edirdi.

– Rəqiblərin barədə nə deyə bilərsən, onlarla mübarizə aparmaq çətin deyil?

– Əlbəttə, çox çətindir, mənə rahat çıxış etməyə şərait yaratmırlar. Çünki rəqiblər adlı-sanlı peşakar idmançılardır, amma mən də öz növbəmdə çalışacağam ki, ən azı mükafatçılar sırasına düşüm.

Bu yarış Tokyo-2020 olmpiya oyunlarına lisenziya xarakteri daşıyır. Ümumiyyətlə, gələcək planlarında bu varmı?

– Təbii ki, var. Özümə və ailəmə söz vermişəm, bu ilimi səmərəli şəkildə keçirib, uğurlar qazanıb və ardını gətirəcəyəm.

Qeyd edək ki, dördgünlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku – “AGF Trophy” təqdim olunacaq.

Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

Ağa Dadaşzadə