Bakıda intihar hadisəsi qeydə alınıb.

Minval.info-ya verilən məlumata görə, SOCAR-ın Baş Ofisinin əməkdaşı, Bakı şəhər sakini Müşviq Vəliyev intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar gedir.

Qeyd edək ki, mərhumun atası da SOCAR-da qonşu şöbənin – Elm və Texnika şöbəsinin müdiri və Baş Ofisin Həmkarlar İttifaqı Komitəsinin sədridir.