Çimərlikdəki böyük şişmə oyuncaq partladı, azyaşlı qız faciəvi şəkildə dünyasını dəyişdi.

İngiltərədəki çimərlikdə isti hava səbəbindən partlayan şişmə oyuncaq 4 yaşlı qızın həyatını itirməsinə səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, oyuncaq partladıqdan sonra uşaq göyə fırlayaraq yerə çırpılıb.

Polis Qorleston çimərliyində şişmə oyuncağın partlaması nəticəsində 4 yaşlı qızın ölməsi xəbərini təsdiqləyib. Azyaşlı hadisədən dərhal sonra yaxınlıqdakı xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciə isti səbəbindən baş verib…

Çimərliyn sahibi Kurt Conson hadisənin yüksək temperatur səbəbindən baş verə biləcəyini deyib. Conson “Çox ağır gündür, illərdir burada fəaliyyət göstəririk. Başımıza gələn ilk belə hadisədir”- deyə bildirib.

Minval.info