Xalq artisti Arif Quliyevin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün şirkətlərdən pul yığma xəbəri yayılıb.

Axşam.az-a açıqlama verən aktyor bildirib ki, heç vaxt belə addım atmayıb:

“Kimin ağılına nə gəldi yayır. Aktyor aktyora hansı imkanla kömək etsin? Bir dəfə Tünzaləyə zəng etdim, verilişdə yanına gedib dəstək oldum. Mən şirkətlərdən hansı haqla pul yığa bilərəm ki? Belə bir şey etməmişəm, etmərəm də”.

Qeyd edək ki, A.Quliyevin şirkət rəhbərlərindən Tünzalə üçün pul yığma xəbərini ölkə.az saytı yayıb.