Müxtəlif ölkələrdə hərbi xidmət haqqında qanun və qaydalar fərqlidir.

Məsələn, qonşu Türkiyədə “Bədəlli əsgərlik” forması var. Vətəndaşlar bu xidmətdən rahat şəkildə istifadə edə bilərlər. Bunun üçün tələb edilən isə 9 min manatdır. Bu məbləği ödəyənlər sadəcə 21 gün hərbi xidmətdə olurlar. Təbii ki, bu məsələdə də fərqli qaydalar var.

Bəzi Avropa ölkələrində əsgərlik məcburi deyil. Yəni, vətəndaş əsgər getməkdən imtina edə bilər. Belə ölkələrdə əsasən muzdlu hərbçilərdən istifadə edilir. İşin məntiqi isə az, amma peşəkar əsgərlərin olmasıdır.

Bəzi ölkələr sırf hərbiyə qoyulan xərcləri azaltmaq üçün bu sistemə keçiblər. Təbii ki, onlar müharibə şəraitində yaşamırlar. Bütün bunları nəzərə alıb, Bakı sakinləri arasında sorğu keçirmək qərarına gəldik.

Minval.İnfo-nun əməkdaşları şəhərdə qarşılarına çıxan gənclərə “Ödəniş edərək hərbi xidmətə getməmək şansınız olsaydı nə edərdiniz” sualı ünvanlayıblar.

Cavabları isə videoda görə və eşidə bilərsiniz:

Minval.İnfo