Ukraynanın “Karpatı” klubunun azarkeşləri sevincdən “Avanqard” stadionunu oturacaqlarını yandırıblar.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onların komandalarının “Volın” üzərində 3:1 hesabı ilə qələbə qazanması olub.

Qeyd edək ki, Lvov təmsilçisi bu qələbə sayəsində Premyer Liqada qalmağı təmin edib.