“Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”.

Minval.info xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib.

Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hisslərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.