Sevgilisini zorladı, öldürdü və bişirib yedi

ABŞ-da keçmiş sevgilisini öldürüb bədəninin bəzi parçalarını bişirib yeməklə ittiham edilən şəxsin məhkəməsi başlayıb.

“Ölkə.Az” xəbər verir ki, cinayətkarın əqli problemi olmadığı üçün məhkəmə tərəfindən həbsə atıldığı bildirilir.

Hadisə 2014-cü ildə İndiana ştatında baş verib. Cozef Oberhansli əqli problemi olduğu üçün hakim qarşısına çıxmayacaqdı. Amma hakim 37 yaşlı Oberhanslinin əqli problemi olmadığını bildirib.

2014-cü ildə baş verən cinayətdə Cozef 46 yaşlı keçmiş sevgilisi Temmi Jo Blentonun evinə zorla girib. Sonra isə onu zorlayıb və bıçaqlayaraq öldürüb. Qadını qətlə yetirən Cozef onun bədənini doğrayaraq yeyib.

Minval.İnfo