Türkiyənin İzmir şəhərində bədbəxt hadisə yaşanıb.

Belə ki, gənc oğlan sevgilisindən üzr istəmək üçün onun evinə gedib. Lakin qızın anasını öldürüb, atasını isə ölümcül yaralayıb.

Minval.info xəbər verir ki, Yusufcan adlı oğlan iddialara görə, davalı olduğu sevgilisindən üzr istəmək üçün gecə onlara gedib. Qapını açan ana və ata ilə mübahisə etdikdən sonra əlindəki bıçaqla onları vurub.

Ürəyindən bıçaqlanan ana yerindəcə keçinib, ata isə hələ də xəstəxanadadır və vəziyyəti ağırdır.

Hadisə yerindən qaçan Yusufcan isə polislər tərəfindən tutulub. Məhkəmədə isə o an əsəbi olduğunu və nə etdiyinin fərqində olmadığını bildirib:

“Mən üzr istəmək üçün sevgilimin evinə getmişdim. Anası “niyə qızımı incitdin” deyərək mənə şillə vurdu. Atası isə yumruqlamağa başladı yerə yıxıldım və əsəbimi saxlaya bilməyərək cibimdəki bıçaqla onları vurdum”.

Minval.info