Yataq otağında gizli kamera skandalı

Dünyada ən çox istifadə olunan məşhur ev kirayəsi sistemi olan “Airbnb”, gizli kamera skandalı ilə gündəmə gəlib.

Minval.İnfo xəbər verir ki, ingilis cütlük kirayə evdə zəngli saatın içərisinə gizlədilmiş bir kamera tapıblar. Turist cütlük dərhal aidiyyatı qurumlara xəbər verib.

Kanadada Torontoya səyahət edən Dougie Hamilton və sevgilisi, hadisə ilə bağlı polis əməkdaşlarına məlumat verib. Kanada hüquq mühafizə orqanları və şirkət hadisə ilə bağlı istintaqa başlayıb.

Buna bənzər hadisələr daha əvvəl də baş verib. Bundan əvvəl  yataq otağı, mətbəxdə gizli kameralar aşkar edilib. Tayvanda iki il əvvəl evin girişində gizli kamera tapılmışdı.

Minval.İnfo