Müğənni Sevda Yəhyayeva həmkarları Nadir Qafarzadə və Səidə Sultanla “5/5” verilişinə paraşütlə gəlib.

Telekanalın həyətində paraşütdən enən ifaçının halı pisləşib.

Sevda özünü çox pis hiss etdiyini və efirə çıxa bilməyəcəyini deyib:

“İlk dəfə idi belə bir şey oldu. Ürəyim çox pis bulanır. Efirə çıxa bilməyəcəyəm”. 

Verilişin aparıcısı Zaur Kamal ona təcili yardım çağırmaq məcburiyyətində qalıb.