Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Sevinc Ağaşirinova yeni klipini təqdim edib.

Minval.info xəbər verir ki, “Çek, çek” adlı mahnıya Eyup Dirlik ekran həyatı verib. Bəstənin sözləri və musiqisi Turgay Sakaya aiddir.

Klip sosial şəbəkədə də bəyənilib. Kimisi mahnı, kimisi ifaçının xarici görünüşü barədə fikir bildirib. İzləyicilər ekran işində 4 geyimdən istifadə edən ifaçının cazibədarlığını ön plana qoyduğunu bildirib.

Qeyd edək ki, 3 ildir Türkiyəyə köçən ifaçı orada Seva adı ilə tanınır.