Image result for Serj SərkisyanErmənistanın keçmiş prezidenti Serj Sarqsyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Minval.info Unikal.org-a  istinadən xəbər verir ki, o, 3 gündür Xankəndidədir.

S.Sarqsyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.

Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, S.Sarqsyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.

 

Minval.info