Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşına məxsus “CLC proyekt kompani”nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

Belə ki, şirkət dövlət büdcəsinə 300 milyon dram (600 min dollar) ziyan vurub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın dövlət gəlirləri üzrə komitəsinin mətbuat xidməti məlumat yayıb.

2013-2017-ci illərdə şirkət dövlət büdcəsinə 147 milyon dram (306 min dollar) həcmində vergidən yayınıb. Lakin həmin borc ödənilib. Həmçinin şirkət 2016-cı ilin ilk rübündə 140 milyon dramın (300 min dollar) vergisini gizlədib.

Araşdırmalar zamanı aydın olub ki, “CLC proyekt kompani”nin direktoru, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyandır. Onun oğlu Narek Sarkisyan isə səhmlərin 20%-nə sahibdir.

Axtarış zamanı dövlət büdcəsinə 300 milyon dram həcmində zərər vurulduğu aşkarlanıb.

Bununla bağlı “Sahibkarlıq müflisləşməsi” və “Vergidən yayınma” maddələri üzrə cinayət işi açılıb.

İstintaq davam edir.