Hindistanda sosial medianın diqqətini cəlb etmək üçün ekstremal şəraitdə selfie etmək istəyən üç gənc qatar altında qalaraq həyatla vidalaşdılar.

Chip.az bildirir ki, tədqiqatçıların fikrincə Hindistan selfi etmək istəyən zaman yaşanan ölüm hadisələrinin ən çox baş verdiyi ölkələrdən biridir. Bu hadisə vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Təhlükəli yerlərdə şəkil çəkməyi sevən Hindistanlı yeniyetmələr qatarın hərəkət etdiyi yola çıxaraq fərqlilik yaratmağa çalışırdılar. Panipat şəhərində bu məqsədlə qatar yoluna çıxan dörd gəncdən üçü qatarın təkərləri altında qaldı. Toya getməyə hazırlaşan gənclərədən ikisi 19, biri 18 yaşında idi. Dördüncü gənc isə son anda özünü kənara ataraq ölümdən xilas olmağı bacarır.

Hindistan Tibb Elmləri İnstitutu tərəfindən aparılan araşdırmaya görə 2011 – 2017 illəri arasında selfie edərək həyatını itirən insanların sayı 259 nəfər təşkil edir. Eyni zamanda ölkədə bu hadisə qurbanlarının əksəriyyəti kişilər və 30 yaşdan aşağı gənclərdən ibarətdir.

Araşdırmaçılar qadınların kişilərlə müqayisədə daha çox selfie etdiyini ancaq riskə az meyilli olduğunu bildirirlər. Məsələn qadınlar əks cinslərdən fərqli olaraq hər hansısa uçurumun kənarında şəkil çəkməkdən ehtiyat edirlər.

Tac Mahalın nərdivanlarında yuvarlanmaqdan tutmuş vəhşi heyvanlar tərəfindən hücuma məruz qalmaq kimi hadisələr selfie etmək istəyən insanların ölümü ilə nəticələnir.

Olduqca maraqlı selfie etməyə marağın günü-gündən artdığı bir zamanda yaşayırıq. Buna baxmayaraq insanlar daha çox “Like” almaq üçün hər şeydən dəyərli həyatlarını təhlükə altında qoyduqlarının fərqində deyillər. Bu kimi hadisələrin qarşısını almaq məqsədi ilə bir çox turizm bölgələrində şəkil çəkmək qadağan edilib.

Selfie etmək üçün özünü gəmidən atanlar bu texnoloji kəşfin səbəb olduğu qurbanlar siyahısında birinci yerdə gedir. İkinci yerdə qatar, avtobus, avtomobil və digər nəqliyyat vastələri ilə şəkil çəkdirməyə çalışanlar gəlir. Daha sonra yanğınlar, yüksək hündürlüklü məkanlarda baş verən ölüm hadisələri siyahını davam etdirir. Bu sıralamaya heyvanlar tərəfindən hücumaməruz qalmağı, odlu silahları da əlavə edə bilərik.Odlu silahla selfie edərkən təsadüfən özünə atəş açan insanlara daha çox ABŞ-da rast gəlinir.