Seks təriqətinin üzvündən DƏHŞƏTLİ ETİRAFLAR -

Amerikalı aktrisa Ellison Mek bir çox məşhurun üzv olduğu “Nxivm “ adlı seks təriqəti barədə dəhşətli etiraflar edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, o bəzi qızların qruplaşmaya qoşulmasında rol oynadığını etiraf edib. Aktrisanın sözlərinə görə, qruplaşma üzvləri arasında münasibətlər kənardan baxanda çox yaxşı görünsə də, əslində vəziyyət bunun əksi olub. Gənc yaşlarında çətin günlər keçirərkən təriqət üzvü ilə tanış olduğunu deyən xanım, onun vasitəsiylə qruplaşmaya qoşulduğunu vurğulayıb.

Əvvəlcə hər şeyin normal olduğunu deyən qadın, zaman keçdikcə pis vərdişlərə aluda olduğunun fərqinə varıb.O bildirib ki, qruplaşmaya qoşulanda sərbəst davranılmağa imkan verilir. Lakin bir müddət sonra istismar başlayır. Aktrisanın sözlərinə görə, təriqət üzvü olan xanımlar sevişmək üçün müxtəlif ölkələrə göndərilir və orada qurp üzvləri ilə görüşdürülür. Görüşlərin əksəriyyəti bir neçə nəfərin iştirakı ilə olur.