Gənclərin azadlıq ruhunu əks etdirən “Dreamer” (“Xəyalpərəst”) filmindən hər kəsin yadında qalan bir erotik səhnə var.

Bu erotik səhnənin qəhrəmanı Eva Qrinin adı uzun müddət bu görüntülər ilə anılıb. Hətta onun porno ulduz olduğunu düşünənlər də tapılıb.

Ancaq Qrin daha sonrakı aktrisalıq fəaliyyətində özünü sübut edə bilib. Fransız, isveç, türk və yəhudi mənşəli olduğunu deyən Eva Qrin 1980-ci ildə Fransada dünyaya gəlib.

Mənfi qadın rollarının peşəkar ifaçısı Eva əslində sarı saçlı, rəngli gözlü bir qız olub, ancaq yeniyetməliyindən bəri saçlarını qara rəngə boyayır. O, düşünür ki, qara rəngli saçlar onun şəxsiyyətini daha yaxşı ifadə edir və oynadığı qaranlıq rollar üçün də idealdır.

Uşaqlığında Misir mədəniyyətinin və tarixinin aradırmacısı olmaq istəyən Qrin daha sonra iştirak etdiyi teatr kurslarında sənəti sevməyə başlayıb.

Kiçik teatr tamaşalarında rol ana Evanın karyerasındakı dönüş nöqtəsi “Dreamer” filmidir. Filmin rejissoru Bernando Bertolucci onun barəsində “bir qızın belə gözəl olması ədəbsizlikdir” ifadəsini işlədib. Evanı ilk gördüyü anı xatırlayan rejissor “Yeni seks simvolu tapdığımın həmin an fərqinə vardım”.

Eva filmin süjeti barədə ailəsinə məlumat verməmişdi. Onsuz da, Qrin ailəsi qızlarını aktrisa kimi görmək istəmirdi. Filmdən sonra verdiyi müsahibədə Eva çəkildiyi seks səhnəsi ilə bağlı ailəsinin nə düşünəcəyini bilmədiyi deyib: “Yəqin ki, onlar mənim çılpaq səhnələrimi görüb şoka düşdülər. Mən filmdəki rolda belə olsam, onlar məni öz qızları kimi izləyərlər. Deməli, mən onların gözü qarşısında öz bəkarətimi itirmişəm”.

eva green ile ilgili görsel sonucu

Birmənalı qarşılanmayan açıq-saçıq səhnədən sonra çoxları Evanı bu cür erotikaya meyilli biri kimi görməyə başlayıb. Ancaq Eva bildirib ki, həyatda olduqca utancaqdır, filmdə isə sadəcə rola girir.

Xristianların səlib yürüşlərindən bəhs edən “Cənnət Krallığı” filmində kralın həyat yoldaşı Sibilla rolunu canlandırıb. Evanın anası yəhudi əsilli fransız olduğu üçün, Eva Qüdslü Sibilla rolunun öhdəsindən uğurla gəlib, həm də ilk filmdə qazandığı reputasiyanı dəyişə bilib.

eva green sibylla ile ilgili görsel sonucu

Artıq ona ciddi aktriya kimi yanaşmağa başlayıblar və hətta “Ceyms Bond” filminə yol tapa bilib. Elə cazibəli aktrisanın ən böyük arzularından biri Ceyms Bond qızını canlandırmaq olub.

“Kasino Royal” filmi Evanın şöhrətini daha da artırır. Eva Qrinin ən xoşa gələn performansı isə əfsanəvi 300 spartalı döyüşçüyə həsr edilmiş “300: Bir imperiyanın yüksəlişi” filmindəki Artemis roludur.

eva green ile ilgili görsel sonucu

Bu roluna görə o nüfuzlu “BAFTA” mükafatına layiq görülüb. Artemis olaraq gözəl vücudu və cəsarətli səhnələrlə yadda qalıb. Bir çox filmdə mənfi qadın obrazını, hətta üç filmdə cadugər rolunu canlandıran Eva bu rolları bilərəkdən qəbul edir: “Mənfi obrazları canlandırmaq gündəlik daxili hislərinizi və aqresiyanızı cilovlamaq üçün ən yaxşı vasitədir. Mən türk, yəhudi, ispan və fransız qanına sahibəm, ona görə də əsl dünya vətəndaşı sayıla bilərəm. Özümü heç vaxt Hollivud ulduzu kimi görmürəm, tək istədiyim işimi düzgün yerinə yetirməkdir”.

eva green sbilla ile ilgili görsel sonucu

Bir çox mükafatın sahibi olsa da, aktrisa mükafatları önəmsiz sayır: “Mükafatlara inanmıram. Onlar sadəcə eqomuzu bəsləməyə xidmət edir”.

Hər cür cəsarətli işə imza atmağa həvəsli olan Eva Qrinin hazırda sirk janqilyorunu canlandıracaq “Dombo” adlı ekran işinin üzərində işləyir. Yəqin ki, bu filmdə də bədəninin estetikliyindən istifadə edəcək.

Minval.info