Çoxsaylı seksual zorakılıqda ittiham olunan Xarvi Vaynşteyn polisə könüllü təslim olub.

Minval.info xarici mətbuata istinadən xəbər verir ki, Hollivud prodüseri könüllü şəkildə Nyu-Yorkda polis ofisinə gəlib və sonra onu həbs ediblər. Bu gün Vaynşteyn məhkəmə qarşısına çıxarılacaq.

Onun həbsdə azad olunmasl üçün 2 milyon dollar girov ödənilməlidir.

Xatırladaq ki,  Ancelina Coli, Qvinet Peltrou, Keyt Bekinseyl də daxil olmaqla, daha 70 qadın Harvi Vaynşteyni seksual zorakılıqda ittiham edib.

Lakin işin şərhçiləri qeyd edirlər ki, cinayət işində onu ən azı iki fakta görə hədələyirlər. Birincisi, aktrisa Lyusi Evans Vaynşteyni onu oral seksə məcbur etməkdə günahlandırıb. Digər tərəfdən Pas de la Uerta kinematoqrafçının onu zorladığını iddia edib.