“ARB” TV-də yayımlanan “Sirdaş Rövşanə” verilişində gərgin anlar yaşanıb.

Minval.info xəbər verir ki, proqramda qonaqlar arasında ekstrasens mövzusunda müzakirə zamanı mübahisə olub.

Dəvətlilərdən olan yazıçı-kulturoloq Aydın Xan Əbilov ekstrasenslərə inanmadığını söyləyib və bu sahə ilə məşğul olan Həsən Həsrətliyə iradını bildirib. Yazıçının “ə” deyə qonağa müraciət etməsi onu daha da əsəbləşdirib. Bu zaman onlar arasında gərginlik yaşanıb. H.Həsrət özündən çıxaraq aparıcı və A.Əbilova emosianal şəkildə narazılığını dilə gətirib. O, hətta əsəbindən aparıcının da üstünə qışqırıb.

“Məni heç kim təhqir, tənqid edə bilməz. Sizə “az” desəm, xoşunuza gələr? Mənə niyə “ə” deyilməlidir?” – Həsən Həsrəd bildirib.

Aydın Xan isə onun səhv olduğuna görə dava saldığnı söyləyib: “Dostlar, siz gedin falçıya deyin ki, “sən fırıldaqçısan” o dəqiqə şivənlik etməyə başlayacaqlar”.

Ekstrasens eyni zamanda onun yanına xeyli insanın gəldiyini və əvvəllər cadu ilə də məşğul olduğunu etiraf edib: “Həccə gedəndən sonra bu işlərdən əl çəkdim. Elə adam varıydı ki, mənə deyirdi “bacımla nişanlısını ayır, briliyant boyunbağını sənə verim”.”

Verilişdə qonaq olan müğənni Afaq Aslan mövzu barədə fikirlərini bildirib: “Falçılardan biri mənə demişdi ki, “sizin şəklinizi mənə gətirib 50 min təklif etdilər ki, bunun ölümünə bir şey elə”.”

Minval.info