Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı cinayət işi açıla bilər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır.

Qəzet baş nazir Nikol Paşinyanın azalmaqda olan nüfuzu artırmaq üçün bu addımı atmaq istədiyini yazır.

“Gündən-günə azalan reytinqini saxlamaq üçün hökumət geniş kadr dəyişikliyinə getməyi planlaşdırır”- deyə “Qrapark” yazır.

Araşdırmaların 1 mart 2008-ci il iğtişaşları, 2016-cı ilin aprel döyüşləri və Mehri şəhərində dəmir yolu xəttinin sökülməsi ilə bağlı aparılacağı gözlənilir.