Tanınmış stilist Samir Əliyevin sosial şəbəkələrdə videosu yayılıb. 

Minval.İnfo xəbər verir ki, videoda Samiraldo yanında dayanan kişiyə qarşı əxlaqdan kənar hərəkət edib. Məsələ ilə bağlı Samiraldo azxəbər.com-a danışıb. O yayılan videodan xəbərdar olduğunu, bunu zarafatla etdiyini deyib:

“Artıq neçə illərdir ki, mən insanlarla zarafat edirəm. Kimsə bu zarafatları telefona çəkir, kimsə bu çəkdiyini yayır. Mən buna qarışmıram, özləri bilərlər. Elə insanam ki, nə varsa üzümdə var. Mən aktyoram, bir neçə ildir ki, Samiraldo obrazını yaratmışam. Samiraldo obrazı olaraq müxtəlif zarafatlar edirəm, qoyunun arxasını yağlayıram və s. Bu kimi zarafatlar edirəm. Zarafat eləmişəm, kişilərlə zarafat eləmişəm, qadınlarla zarafat eləməmişəm ki?! Lazım olsa kişilər mənə deyərdilər ki, niyə elə zarafat edirsən”.

Videoda görünən kişinin kimliyindən danışan Samiraldo bildirir ki, hadisə şəxsi avtomobilini təmirə aparan zaman baş verib:

“Bu kişini gördüm. Bulvarda bir dənə heykəl var, o heykələ qarşı hamı elə zarafat edir. O kişi də həmin heykəl kimi durmuşdu. Mən də o heykəli yamsıladım və zarafat etdim. Dedi videoya çəkirlər. Mən yandırmadım və davam elədim”.

Xüsusi qeyd – videoda 18+ yaş məhdudiyyətli görüntü var