Şamaxıda minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlhəm kəndində qeydə alınıb. “VAZ 2109” markalı, 10 FM 738 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn “ZİL 130” markalı, 04 BE 163 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 1985-ci il təvəllüdlü Hümbətov Famil Faiq oğlu və 1981-ci il təvəllüdlü  Məmmədov Rəfael Əlizaman oğlu ağır xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.