Bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Noxudlu kəndindən keçən hissəsində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Sabirabad rayonunun Cəngən kənd sakininin idarə etdiyi 90-XH-052 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşın onunla eyni istiqamətdə hərəkətdə olan 99 –RZ- 147 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomaşınla toqquşmadan sonra idarəetməni ititrərək yolun kənarındakı qrunt sularını axıdan kanala düşüb. Hadisə nəticəsində kanala aşan “07”-nin sərnişini, Salyan rayonunun Aşağı Noxudlu kənd sakini 28 yaşlı Doj Elmar Elman oğlunun əng sümüyü sındığı üçün Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.