Bu gün günorta saatlarında Salyan şəhərinin Əlibəy Hüseynzadə və Aslan Hüseynov küçələrinin kəsişməsində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “Mercedes-C” və “KİA” markalı minik avtomaşınlarının toqquşması nəticəsində “Mercedes-C” çevrildiyindən sərnişinləri Bakı şəhər sakinləri 46 yaşlı Cavadova Məlahət Böyükağa qızı, 27 yaşlı Cavadlı Gümüş Siyasət qızı və 10 aylıq körpə İsayev Ərtoğrul Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hadisənin “Mercedes-C”nin sürücüsünün qonaq gəldiyi üçün nabələdliyi ucbatından dayanıb-keçmə nişanına əməl etməməsi üzündən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.