Bu gün axşam saatlarında Salyan rayonun Qaraçala-Kürsəngi yolunun Peyk kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Yolüsütü kənd sakini 32 yaşlı Pərviz İsa oğlu Qaraxanovun idarə etdiyi 10 KS 319 dövlət nömrə nişanlı VAZ-2199 markalı avtomaşınla Bakı şəhəri Sulutəpə qəsəbə sakininin idarə etdiyi 09 BK 088 dövlət nömrə nişanlı VAZ-2017 markal avtomaşın qarşı-qarşıya toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü və qadın sərnişini hadisə yerində dünyasını dəyişib. VAZ-2199-un sürücüsü Pərviz Qorxmazov və “07”nin daha bir sərnişini ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Minval.İnfo