Salyanda intihar hadisəsi baş verib.

Minval.info APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi qeydə alınıb.

Ələt qəsəbə sakini , 1980-ci il təvəllüdlü Həmid Fərhad oğlu Qasımov yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.