Çempionlar Liqasının finalında zədələnən Məhəmməd Salah dünya çempionatında oynaya biləcək.
Bu barədə Misirin İdman naziri Xalid Abdel Aziz “facebook” səhifəsində məlumat verib.
“Salahın çiyin oynaqlarında dartılma var. Müalicə 2 həftə davam edəcək. Misir millisinin həkimləri Liverpool-un tibbi heyəti ilə təmasdadır. Salah reablitasiyanı Liverpool-da keçəcək. Daha sonra İtaliyada milli komandanın düşərgəsinə gələcək. Biz yığmanın son iştirak ərizəsini iyunun 4-də açıqlamalıyıq. Məhəmməd mütləq olrda olacaq. İndi ona istirahət etmək və bərpa prosesinə başlamaq lazımdır” – nazir qeyd edib.
A qrupunda yer alan Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq. (goal.az)