Dünya çempionatında Misir millisi ilə məyusluq yaşayan Məhəmməd Salah yeni müqavilə imzalayıb.

Minval.info xəbər verir ki, Salah “Liverpul”-la müqaviləsini yeniləyib. O, “Roma”-dan transfer edildikdə həftəlik 100 min pounda (200 min manat) razılaşmışdı. Bu dəfə isə Salahın bir həftəlik qazancı iki dəfə artıb və 200 min pound (400 min manat) olub. Beləliklə, Salahın “Real Madrid”-ə transfer olunacağı barədə söz-söhbətlərə son qoyuldu.

Salah bundan sonra 2023-cü ilə qədər “Liverpul”-un şərəfini qoruyacaq.

Qeyd edək ki, Salah ötən mövsüm forma geyindiyi 52 matçda 44 gol, 16 məhsuldar ötürmə həyata keçirmişdi. O, 2017-ci ildə 42 milyona avroya “Roma”-dan transfer olunub. Gələn mövsümdən qazanacağı 200 min poundla isə “Liverpul” tarixinin ən çox pul qazanan futbolçusu olacaq.

Dəniz

Minval.info