“Space” Tv də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişinin birbaşa efirində müəmmalı məqamlardan söhbət açılıb.

İlk olaraq verilişə Rasim dəvət olunub. Amil Xəlilin “Rasim bəy, nə istəyirsiz bu televiziyalardan” sualı qonağı özündən çıxardıb. “Uşaqlarıma baxa bilmirəm” deyən Rasim göz yaşlarını saxlaya bilməyib.

Minval.info xəbər verir ki, ardınca falçı bacısından şikayətçi olan Səbinə xanım şok faktları açıqlayıb. Bacısının ev yıxdığını və ona qarşı təzyiq göstərdiyini iddia edən Səbinə xanım hüquqi yardım istəyib.

Bir az sonra atası tərəfindən döyüldüyünü deyən Tamara studiyaya dəvət olunub. Tamara anasının ölümündən 3 ay sonra atasının evləndiyini və onu məcburi dəlixanaya yerləşdirdiyini deyib. Tamara iddia edib ki, həkimlər Tamarada bir problem görmədiyindən evə buraxıb.

Verilişdə yaşanan gərgin anları tam olaraq sizə təqdim edirik..

Minval.info