Minval.İnfo xəbər verir ki, ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti müsahibi müğənni Kərim Abbasov olub.

Müğənni Kərim Abbasov nəhayət ki, bu həftə yeni işini 14 fevral ərmağanı olaraq təqdim edib:

“Klipi 14 fevral “Sevgililər günü”ndə təqdim etməyimin səbəbi o idi ki, bu həyatda insanlar tanış olurlar. Sonra bu münasibət dostluğa çevrilir. Həmin insanlar ailə qurub həyat yoldaşı olurlar. Bu klipi təqdim etdim. Üzərindən bir neçə gün keçib artıq. Görürəm ki, reaksiyalar yaxşıdır. İnsanların fikri xoşuma gəlir”.

Bostanına daş ataraq inşaat sahəsinə çevirənlərə isə sənətçinin cavabı bu cür olub:

“Həmin insanlar düşünmürlər ki, qalmaqala girəcəyimizə, Kərimlə işimiz olmasın da. Kərim 2-3 günün Kərimi deyil axı. Kərimin 37 yaşı var. Mən bu sənətdə dovşanı araba ilə tuturam.

Baxırsan sənət yox, danışıq, səhnə mədəniyyəti yox. Gündə saçını xoruz pipiyinə bənzədir, gündə rənglətdirir. Gah deyir müğənni deyiləm, gah deyir filankəsəm. Mənə lazım deyil söz atmaq. Axı sən bilirsən ki, mən sənə necə cavab qaytara bilərəm. Ondansa mənə dəymə!”