Şabran rayonunun ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ” markalı minik avtomobilin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.